Şəfəqə Doğru » Gündəm » Trampın Rusiya ilə bağlı bu sözü kəskin reaksiya doğurdu

Trampın Rusiya ilə bağlı bu sözü kəskin reaksiya doğurdu

Trampın Rusiya ilə bağlı bu sözü kəskin reaksiya doğurdu
Moskva rusiyalı hərbçilərin Venesueladan çıxarılması ilə bağlı Birləşmiş Ştatlara məlumat verməyib, verə də bilməzdi. Çünki rus mütəxəssislər orada çalışmağa davam edir.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rus mütəxəssislərin Venesuelanı tərk etməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

"Görünür, hansısa qəzet mənbələrinə dolayı yolla istinad edilib. Çünki Rusiya tərəfi bununla bağlı heç bir rəsmi məlumat verməyib, verə də bilməzdi”, - Peskov bildirib.

Qeyd edək ki, ötən gün Venesuelada olan rusiyalı hərbçilərin böyük əksəriyyətinin bu ölkəni tərk etdiyi haqda informasiya yayılmışdı. ABŞ Prezidenti Donald Tramp isə Tvitter hesabında Moskvanın Ağ Evi rus mütəxəssislərin Venesueladan çıxarılması barədə məlumatlandırdığını yazmışdı.