Şəfəqə Doğru » Gündəm » Bakıda qəribə cinayət: qısqanıb bıçaqladı, sonra xəstəxanaya çatdırdı

Bakıda qəribə cinayət: qısqanıb bıçaqladı, sonra xəstəxanaya çatdırdı

Bakıda qəribə cinayət: qısqanıb bıçaqladı, sonra xəstəxanaya çatdırdı

Bakının Bülbülə qəsəbəsində iki dostun davası bıçaqlanma ilə nəticələnib. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir

 


Shafaqadogru.com  ANS TV-yə istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərovun onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu bıçaqlayıb. Bu barədə Suraxanı Rayon Polis idarəsinə xəstəxanadan bildirilib.
 
Polis əməkdaşları xəstəxanaya gəldikdə hadisəni törətməkdə şübhəli bilinən Emin Cəfərov da xəstəxanada olub. Sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb.
 
31-ci Polis bölməsinə gətirilən Emin Cəfərov İsməti qısqanclıq zəminində vurduğunu bildirib. Eminin sözlərinə görə, altı aydır ki, məhəllədə İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dostların söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.
 
Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olduğunu qeyd edib.
 
Faktla  əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.