Şəfəqə Doğru » Gündəm » Mingəçevir Xəstəxanasında 14 uşaq ölüb - Nə baş verir?

Mingəçevir Xəstəxanasında 14 uşaq ölüb - Nə baş verir?

Mingəçevir Xəstəxanasında 14 uşaq ölüb - Nə baş verir?
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov inanılmaz addımlar atır:

Uşaq ölümləri ilə bağlı rəqəmlər gizlədilir. Özünü yandıran Aprel qazisinin qanını batırmaq üçün isə imza toplanılır…

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümləri sürətlə artır.Artıq orada çalışan bir neçə vicdanlı həkim bu haldan ciddi narahatlıq keçirilirlər.Xəstəxana rəhbərliyi isə hər vəchlə movcud problemi "yuxarılar”dan və ictimaiyyətdən gizlətməyə çalışır.Teref.az məsələnin olduqca mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq,redaksiyamız kiçik bir araşdırma aprmaq qərarına gəldi.Xəstəxanadakı mənbəmizdən əldə etdiyimiz məlumata görə,ötən illə müqayisədə bu il uşaq ölümlərində kəskin artım qeydə alınıb.Belə ki,2018-ci il ərazində Doğum şöbəsində 8 uşaq diri doğularaq ölüb,14 uşaq isə ölü doğulub.2019-cu ilin 6 ayı ərzində isə qeydə alınan rəqəm faciəvidir-14 uşaq diri doğulub və ölüb.Ölü doğulan uşaqların sayı isə 4 olub.Xəstəxananın digər şöbələrində isə son 6 ayda ümumilikdə 70 ölüm halı baş verib.Mütəxəssislər hesab edir ki,bu rəqəmlər olduqca ciddi rəqəmlədir və aidiyyatı qurumların operativ şəkildə müdaxiləsi qaçılmazdır.Movcud faciəvi durumun səbəbləri obyektiv şəkildə peşəkar ekspertlər tərəfindən araşıdırılmalıdır.

Son 3 ildə davamlı olaraq vurğulanır ki,dövlətimizin on milyonlarla vəsait ayırdığı İcbari Tibbi Sığorta layihəsi çərçivəsində tibbi xidmətin keyfiyyəti artırılmalı və hər bir vətəndaş üçün tibbi xidmət əlçatan olmalıdır.Əslində isə dövlətimiz üzərinə düşən ilkin missiyanı yerinə yetirib.Növbəti addımları atamaq isə aidiyyatı qurumların üzərinə düşür və onlar bu layihəni effektiv şəkildə icra etməlidir.Bu zaman isə sullar yaranır:

-Bəs belə bir mühüm və gözəl layihənin Mingəçevirdə (Yevlaxda isə belə ciddi problemlər yoxdur) icrası zamanı nələr baş verir ki,xeyli sayda problemlər var?

-Problem yerli səviyyədə yarıtmaz idarəetmədədir,savadsız kadrlardır,yoxsa kadr çatışmazlığıdır? 

-Niyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,Milli Məclisin Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi movcud problemlərin araşdırılması üçün obyektiv monitorinqlər təşkil etmirlər?

Bu gün dövlətimizin,xalqımızın gələcəyinin,genefondunun əsasını təşkil edən uşaqların sağlamlığı aidiyyatı qurumların,səlahiyyət sahiblərinin və cəmiyyətimizin qarşısında duran ən başlıca vəzifədir.Və bu vəzifəni yerinə yetirməyənlər sadəcə bu xalqa,bu dövlətə xəyanət edənlərdir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bu günlərdə baş verən və araşdırılması vacib olan digər bir tükürpədici hadisəni də müvafiq dövlət qurumlarının və oxucuların diqqətinə çatdırmaq istəyirik.

Redaksiyamıza məlumat verən mənbənin iddiasına görə,ötən həftədən başlayraq xəstəxana direktoru Könül Ələkbərovun xüsusi tapşırığı ilə həkimlərdən və digər tibb işçilərindən imza toplanır.Məqsəd iyunun 28-də xəstəxanadakı biganəliyə,özbaşınalıqlara etiraz edərək özünün yandıran Aprel qazisi İmamverdi İsmayılovun ölümündəki günahkarların müdafiəsini təşkil etmək və öz qanunsuz əməllərini ört-basdır etməkdir.Bu çirkin addımla xəstəxana rəhbərliyi topladıqları imzaları istintaqa təqdim etməklə həmin gün məlum insidentin iştirakçısı olmuş həkim Elxan Cəfərovun müdafiəsini təşkil etmək istəyir.

Redaksiya olaraq bildiririk ki,yazdıa adıkeçən bütün qurumların,Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının və şəxsən direktor Könül Ələkbərovun mövqeyini dərc etməyə hazırıq.(aja.az)

Conflict.az