Şəfəqə Doğru » Gündəm » Maşında siqaret çəkənlərin diqqətinə - Kütləvi cəzalar başladı, bizdə vəziyyət necədir?

Maşında siqaret çəkənlərin diqqətinə - Kütləvi cəzalar başladı, bizdə vəziyyət necədir?

Maşında siqaret çəkənlərin diqqətinə - Kütləvi cəzalar başladı, bizdə vəziyyət necədir?
Hazırda Türkiyədə siqaretlə bağlı qəbul olunmuş qərar ölkədə böyük narazılıqla qarşılanıb. Qanuna görə artıq ancaq taksi sürücüləri deyil, həmçinin şəxsi avtomobil idarə edən şəxslər və ya həmin avtomobillərin içində hərəkət edən sərnişinlər də siqaret çəkdiklərinə görə cərimə olunacaqlar.
Bəs görəsən Azərbaycanda vəziyyət necədir. Bizdə də belə qərar gözlənilirmi? Buna ehtiyac varmı?

Mözvu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. "Yeni Sabah”a danışan ekspert qeyd edib ki, hələ bununla bağlı qərar qəbul edilməsi absurddur.

"Hazırda siqaretlə bağlı bizdə qanunvericilikdə məhdudiyyətlər və cəzalar var. Taksi sürücüsü siqaretdən istifadə edə bilməz, etdiyi təqdirdə 40-50 manat arası cərimə ödəyir. Bu cərimə həmçinin sərnişin üçündə keçərlidir. Sərnişin də taksidə siqaret çəkərsə 40 manat cərimə ödəyir. Lakin hazırda şəxsi avtomobildə siqaret çəkməyə görə, hər hansı cərimə nəzərdə tutulmuyub. Sadəcə olaraq, siqareti çəkib, kötüyünü yerə atsa, cərimə tətbiq oluna bilər. Hələ taksiylə bağlı məhdudiyyətə hər hansısa bir mexanizm üzərindən yanaşsaq, bunun icrası müəyyən qədər poblemlər yaradır.

Bilirsiniz, kimsə durub, taksinin içini müayinə etmir, yoxlamır. Bu gün bu "plyonka”, pərdə ilə bağlı müəmmalı vəziyyət yaranıb. Rəsmi şəkildə buna icazə verilməsə belə, bundan geniş şəkildə istifadə olunur. Bu nəinki şəxsi avtomobillərdə, həmçinin taksilərdə belə rast gəlirik. Belə hər tərəfi "plyonkalanmış” avtomobildə necə müəyyən edək ki, orda siqaret çəkilirmi? çəkilmirmi? Təhlükəsizlik kəməri taxılırmı, taxılmırmı? Əvvəlcə bu məsələni aydınlaşdırmaq lazımdır, sonra digər avtomobillərə məhdudiyyət tətbiq etmək olar. Təhlükəsizlik baxımından düşünmürəm ki, siqarət çəkmək təhlükəli tendesiyadır. Bəlkə, bir misal çəkim, Xəzər rayonundan baş vermiş hadisədə sürücü içkili vəziyyətdə hərəkət etdiyi zaman siqarət çəkirmiş, siqaretin külü qəfil sürücünün üstünə düşür. Sürücünü başı qarışır ki, siqaretin kötüyünü tapsın, bu zaman qarşıdan gələn avtomobillə toqquşur, avtomobildəki qadın həlak olur.

Hələ ki, taksilərdə siqaret çəkən sürücünü aşkarlamaq belə çətindir. Sürücü çəkmədiyini böyük qətiyyətlə israr edir. Polisdə yerdəki kötükləri ekspertizaya göndərməyəcək ki. Bir şey ki, bu təhlükəsizlik kəməri taxmayan şəxsə sübut edə bilmirik ki, bu bir qanundur və sən taxmamısan. Bəzi qanunların icra mexanizmi yoxdur. Sadəcə bizim dəyərli millət vəkillərimiz baxırlar, xaricdə belə bir qanun qəbul olunub. Tərcümə edib bizdə də qəbul edirlər ki, qoy bizdə də olsun”.