Bu ilin sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 376 759,34 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 4,6% azdır.
"APA-Economics”in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin avqust ayı ilə müqayisədə 8,4% artaraq 104 870,17 min manat olub.
ƏDV üzrə daxilolmalar isə sentyabrda 7,6% azalaraq 251 628,45 min manat, aksizlər üzrə 24,6% azalaraq 16 789,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 1,4% azalaraq 3 471,34 min manat təşkil edib.