Şəfəqə Doğru » Gündəm » Milli Məclisə ayrılan vəsait ARTIRILIR

Milli Məclisə ayrılan vəsait ARTIRILIR

Milli Məclisə ayrılan vəsait ARTIRILIR

Gələn il  Azərbaycan Respubliaksının Milli Məclisinə ayrılacaq  vəsaitin məbləği müəyyənləşib.

Shafaqadogru.com  xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Milli Məclisə 45 milyon 488 min 15 manat vəsait ayrılacaq.

 

Eyni zamanda, bu rəqəm ötən illə müqayisədə 167, 1% çoxdur. Belə ki, 2019-cu ildə parlamentə dövlət büdcəsindən 27 milyon 214 min 209 manat vəsait ayrılıb.

 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.