Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsindən yazıb.
Shafaqadogru.com xəbər verir ki, Ərdoğan Tvitter səhifəsində Bağdadinin ölümü ilə bağlı bunları qeyd edib:
”Bağdadinin öldürülməsi terrorla mübarizədə dönüş nöqtəsidir. Məmnuniyyətlə qarşılayırıq. Türkiyə əvvəl olduğu kimi yenə də terrorla mübarizə cəhdlərini dəstəkləməyə davam edəcək”.