Şəfəqə Doğru » Gündəm » “Gələn ildən deputatların və məmurların maaşları artacaq” - Açıqlama

“Gələn ildən deputatların və məmurların maaşları artacaq” - Açıqlama

“Gələn ildən deputatların və məmurların maaşları artacaq” - Açıqlama

"İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır. Lakin büdcə məlumatlarına istinadən demək olar ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir. Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində

 

827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb. Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən eputatların və məmurların maaşları artacaq”.

Shafaqadogru.com Bizimyol.info-ya isdinadən  xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu məlumat yayıb. İqtisadçı həmçinin yeni doğulan uşaqlar üçün ayrılan müavinətin artıra biləcəyi təklif səsləndirib. "Hər doğulan uşağa müavinəti 200 manatdan 600 manata necə qaldırmaq olar?

 

 Qubad İbadoğlu

 

Növbəti büdcə ili üçün nəzərdə tutulan 212 milyon manatlıq subsidiyanın Azərbaycan 32 milyon 894 min manatı "Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, 11 milyon 994 min manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılacaq. Göründüyü kimi 2 televeziya birlikdə büdcədən 45 milyon manata qədər vəsait "yeyəcək". Halbuki, həmin televeziyalar kommersiya fəaliyyətindən, eləcə də reklam yerləşdirilməsindən kifayət qədər pul qazana bilər. Nəzərə alaq ki, gələn il parlament seçkilərində bunun üçün əlavə imkanlar da yaranacaq.

Yeri gəlmişkən bu vəsait hesabına uşağın doğulması ilə bağlı müavinəti 3 dəfə artırıb 200 manatdan 600 manata qaldırmaq olardı”- deyə o bildirib.