Şəfəqə Doğru » Gündəm » Koçaryanın xeyrinə imza toplanır - “Qarabağ klanı” revanşa HAZIRLAŞIR

Koçaryanın xeyrinə imza toplanır - “Qarabağ klanı” revanşa HAZIRLAŞIR

Koçaryanın xeyrinə imza toplanır - “Qarabağ klanı” revanşa HAZIRLAŞIR
Ermənistanda "Qələbə” ictimai birliyi imzatoplama kampaniyasına başlayıb.

Shafaqadogru.com  Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Robert Koçaryanın tərəfdarlarından ibarət olan təşkilat onun azad olunması üçün Vanadzor şəhərinin mərkəzində imzatoplama kampaniyası keçirir.

"Ona elan olunmuş ittihamlar yalandır və sırf siyasi məqsədlər daşıyır. Biz ona dəstək üçün imza toplayırıq və qəhrəmanımızın dərhal azad olunmasını tələb edirik”-deyə "Qələbə” hərəkatının üzvü açıqlama verib.

Buna qədər, "Qarabağ klanı”nın əsas üzvlərindən olan Vitali Balasanyan da işğal altındakı keçmiş Əsgəran rayonunda Koçaryanın xeyrinə imza toplamağa başlayıb. Paralel olaraq, internetdə petisiya başlayıb. Petisiyanı 30 min insan dəstəkləyib.

2008-ci ilin 1 martında Yerevanda müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar zamanı 10 nəfər ölmüş, 400-ə qədər insan yaralanmışdı. Həmin hadisələrlə bağlı o zamankı prezident Robert Koçaryan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturov, müdafiə naziri Seyran Ohanyan və baş nazirin müavini olmuş Armen Qevorkyan cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə prosesi sentybarın 12-də başlayıb.