Şəfəqə Doğru » Gündəm » Şəmkirdəki qəzada ölən 4 nəfər bir ailənin üzvü olub

Şəmkirdəki qəzada ölən 4 nəfər bir ailənin üzvü olub

Şəmkirdəki qəzada ölən 4 nəfər bir ailənin üzvü olub

Dünən axşam saatlarında Şəmkir rayonunda baş verən dəhşətli qəzada ölənlərin və yaralananların kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, iyunun 16-da saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndində rayon sakini İltizam Həsənovun idarə etdiyi "VAZ-21063” və Kəlbəcər rayon sakini İntiqam Muxtarovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Həsənov və sərnişinləri - arvadı Həmidə, qızı Xanım, oğlu Ramin, nəvələri Vahid, Röyal və gəlini Aynurə Həsənova, habelə İ.Muxtarov xəstəxanaya yerləşdiriliblər. Sürücü İ.Həsənov, həyat yoldaşı Həmidə, qızı Xanım və gəlini Aynurə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Murad Əhməd