Şəfəqə Doğru » Gündəm » Azərbaycan səfirinin məqaləsi Ukraynanın nüfuzlu xəbər portalında dərc olundu

Azərbaycan səfirinin məqaləsi Ukraynanın nüfuzlu xəbər portalında dərc olundu

Azərbaycan səfirinin məqaləsi Ukraynanın nüfuzlu xəbər portalında dərc olundu

Ukraynanın tanınmış lb.ua portalında ölkəmizin səfiri Azər Xudiyevin "Azərbaycanın xarici siyasətində yeni strateji element: 2019 təcrübəsi” sərlövhəli məqaləsi dərc edilib.


AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətdən bəhs edilib, 2019-cu ildə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar qeyd olunub.


"Azərbaycan regional və qlobal siyasətini ardıcıl siyasi və məntiqi prinsiplər əsasında həyata keçirdi. Bu siyasətin əsas məqsədi hazırkı geosiyasi vəziyyətin əsas amillərinə diqqət yönəldərək regional və qlobal siyasətlərin birləşdirilməsidir. Belə bir siyasi xəttin əsas tezisi regional əməkdaşlığın inkişafıdır. Azərbaycan Prezidenti bu məqsədə çatmaq üçün bir mexanizm yaratdı: regional səviyyədə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının qlobal miqyasda çoxtərəfli əməkdaşlıq formatları ilə birləşməsi. Bu metod 2019-cu ildə praktiki cəhətdən effektivliyini sübut etdi”, – deyə məqalədə vurğulanıb.


Müəllif Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil olunduğu platformaya çevrildiyini qeyd edərək 2019-cu ildə də ölkəmizdə bir sıra mötəbər tədbirlərin keçirildiyini bildirib.

 

 

Demokrat.az