Şəfəqə Doğru » Gündəm » "“Misli görünməmiş silahlar”dan danışan Paşinyan düzmü söyləyir, cənab generallarımız?"

"“Misli görünməmiş silahlar”dan danışan Paşinyan düzmü söyləyir, cənab generallarımız?"

"“Misli görünməmiş silahlar”dan danışan Paşinyan düzmü söyləyir, cənab generallarımız?"
Moderator.az xəbər vermişdi ki, 23 dekabrda İrəvanda Ermənistanın və işğal etdiyi  Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən rejimin təhlükəsizlik şuralarının toplantıları olub və Nikol Paşinyan "müharibə başlayarsa Azərbaycan üçün fəlakət olacaq”-deyib bizi hədələmişdi. Gün ərzində saytımız bu hədəyə bir sıra yazılarla münasibət bildirib. Həmin şura toplantısında söylənən başqa bir fikir də diqqəti çəkir. Paşinyan həm də öz güclərindən danışıb. 

"Ermənistan artıq Azərbaycanın müharibəni başlamaq hədəsindən qorxmur, çünki bir il yarım ərzində misli görünməmiş miqdarda silah satın alınıb və erməni tərəfi həm özünü, həm də bölgəni qorumağa hazırdır. Bu mənada Ermənistan təkcə Artsaxın deyil, həm də regional sülhün təminatçısı olmalıdır".

Regional sülhün təminatçısı rolunda çıxış etməyi Rusiyamı tapşırıb ermənilərə? Axı, bu rolun baş aktyoru kimi adətən Rusiya danışıb. Görünür, Kreml vassalının könlünü almaq üçün bu "məsuliyyəti” də daşımağı onlara məsləhət görüb, erməniləri daha da şişirdib, cəmi Qafqaza nəzarət edəcəklərini pıçıldayıblar? Bu öz yerində. "Misli görünməmiş silhlar”dan danışan Paşinyan düzmü söyləyir, cənab generallarımız? Nədi o, silahların adı? Bizdə də varmı düşmənin təsəvvür etmədiyi silahlardan? 

Niyə bu sualları veririk? Erməni rəhbərlərin təbliğat xarakterli hərbə-zorbası, hədəsi başa düşüləndir, amma bunu kütlə eyni səviyyədə qavramır. Niyə ordumuzun mütəxəssisləri çıxıb xalqa məlumat vermir "misli görünməmiş” düşmən silahından, niyə bunun izahatını verib kütləni sakitləşdirmirlər ki, düşmən bəlkə qorxusundanmı belə danışır, yoxsa deyilənlər həqiqətdi? Xalqı ruhdan salmayın, hətta erməni dezinformasiya yayırsa da, ona cavabı sıravi yazar yox, sizlər verməlisiniz. Sizlər susduqca dezinformasiya və informasiya beyinlərə yeriyir. Informasiya təhlükəsizliyi bu gün dünyanı qoruyur. Cavabınızı yaymağa hazırıq.