Şəfəqə Doğru » Gündəm » Trampdan İranın hücumu ilə bağlı ilk açıqlama

Trampdan İranın hücumu ilə bağlı ilk açıqlama

Trampdan İranın hücumu ilə bağlı ilk açıqlama
Prezident Donald Tramp İranın ABŞ-ın İraqda yerləşən "Əl-Əsəd” hərbi bazasını bombalamasına münasibət bildirib.

Shafaqadogru.com  xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Ağ Evdə Milli Təhlükəsizlik Təşkilatı ilə toplantı keçirən Tramp öz tvitter mikrobloqunda ilk açıqlamasını yayıb. O, məsələ ilə bağlı daha geniş açıqlama verəcəyini bildirib.

"Hər şey yolundadır. İrandan atılan raketlər İraqdakı 2 hərbi bazanı hədəf alıb. Dəyən zərərin qiymətləndirilməsi aparılır. İndiyə qədər hər şey yaxşıdır. Dünyada ən güclü və təchiz edilmiş orduya sahibik”, - deyə Amerika lideri vurğulayıb.

Digər tərəfdən ABŞ Federal Aviasiya İdarəsi Amerika təyyarələrinin İran, İraq, İran körfəzi və Oman körfəzində uçuşunu müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Ordusu da öz növbəsində yanvarın 3-də öldürülən iranlı general Qasim Süleymaninin "intiqam əməliyyatı” çərçivəsində ABŞ-ın İraqdakı "Əsəd” aviabazasındakı onlarla ərazinin ballistik raketlərlə vurulduğunu bildirib.

İrana məxsus "Press TV”nin iddiasına görə, hadisə nəticəsində 80 amerikalı hərbçi həlak olub. Pentaqon isə xəbərlə bağlı hələ ki, açıqlama yaymayıb.