Şəfəqə Doğru » Gündəm » Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu

Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu

Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu
Ağ Ev ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir məlumat verib.

Onun sözlərinə görə, Tramp Ərdoğanla Suriya və Liviyanı müzakirə edib.

O, qeyd edib ki, danışıqlar zamanı Tramp Liviyaya davam edən müdaxilənin vəziyyəti daha da ağırlaşdıracağını bildirib. Onun sözlərinə görə, Amerika lideri Türkiyənin Suriyadakı humanitar fəlakətin qarşısını almaq üçün etdiyi səylərə görə Ərdoğana minnətdarlığını bildirib.

Prezident Tramp Rusiyanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib.