Şəfəqə Doğru » Gündəm » "Gözlə görünürdü" — Məzahir Pənahov səsvermə günü qanun pozuntularından DANIŞDI

"Gözlə görünürdü" — Məzahir Pənahov səsvermə günü qanun pozuntularından DANIŞDI

"Gözlə görünürdü" — Məzahir Pənahov səsvermə günü qanun pozuntularından DANIŞDI

"Səsvermənin nəticələri mübahisələndirilən seçki məntəqələri ilə bağlı ciddi şəkildə araşdırma aparılıb. Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb, müvafiq tədbirlər görülüb. Bəzi seçki məntəqələrində Seçki Məcəlləsinin tələblərinə riayət edilməyib. Məsələn, seçki qutuları müşahidəçilərin gözü qarşısında açılmalıdır. Amma bəzi hallarda buna əməl edilmirdi. Seçki bülletenləri bilərəkdən və ya bilməyərəkdən yerə dağıdılırdı. Həmin an əlavə bülletenlərin atıldığı hiss olunurdu. Bu, gözlə görünürdü”.

 

Shafaqadogru.com -un  xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
 

MSK sədri qeyd edib ki, seçkilərin əsasında seçicilərin iradəsi dayanır: 


"Şikayətlərin əksəriyyəti sosial şəbəkələrdə görüntüsü yayılan seçki məntəqələri ilə bağlı idi. Hiss olunurdu ki, neqativ hallar baş verir. Ümumilikdə, qəbul edyirimiz qərarlarla 328 seçki məntəqəsinin nəticələri ləğv edildi. Digər seçki məntəqələrində də qanun pozuntuları olmuşdu, amma bu, səsvermənin nəticəsini ləğv etmək üçün bizə əsas vermirdi. Ona görə də Məcəllənin tələblərinə uyğun olaraq onlarla bağlı da ölçü götürülücək. Ümumilikdə qanun pozuntuları seçki məntəqələrinin 4-5 faizini əhatə edib”.