ABŞ prezidenti Donald Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərilməsini təklif edib.
Bu barədə "İnterfaks” məlumat yayıb.
Ağ Ev lideri "SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib.
"Ümidvaram media mənimlə birlikdə olacaq. Müxbirləri raketə qoyub bir müddət onlardan canımı qurtarmaq istərdim. Bu mənə müəyyən vaxt jurnalistlərdən istirahət etməyə imkan verəcək” - Tramp zarafatla deyib.
Onu tənqid edən jurnalistləri kosmosa göndərəcək
22-05-2020, 12:53 523