100-dən çox erməni mənşəli şəxs Livandan Ermənistana gətirilib. Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook” səhifəsində bildirib.
Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.
Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.