Şəfəqə Doğru » Gündəm » Rusiya Suriyadakı silahlarını İrəvana daşıyır: Kremlin daha bir namərdliyi + VİDEO

Rusiya Suriyadakı silahlarını İrəvana daşıyır: Kremlin daha bir namərdliyi + VİDEO

Rusiya Suriyadakı silahlarını İrəvana daşıyır: Kremlin daha bir namərdliyi + VİDEO

Bu gün Qubadlının işğalından 27 il ötür. Kimsəyə sirr deyil ki, Qubadlı kimi digər rayonlarımız da ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən birinin-Rusiyanın birbaşa içştirakı ilə işğal olunub. Yəni işğalçı ölkə olaraq Ermənistan göstərilsə də bütün dünya bilir ki, başımıza açılan bütün bu bəlaların yeganə baiskarı məhz şimal qonşumuzdur. 


Ötən ay Tovuz istiqamətində baş verən erməni təxribatının da arxasındakı məkrli qüvvə məhz Moskva idi. Təbii ki, Kreml bu iddiaları rədd edərək Azərbaycanla strateji müttəfiqlik səviyyəsində dostluq münasibətlərinin mövcudluğunu gözə soxur. Amma Azərbaycanda məmə deyəndən pəpə yeyənədək hamı Rusiyaya sonsuz nifrət içərisindədir və ölkəmizin təkcə torpaqlarını deyil, bütövlükdə müstəqilliyini və dövlətçiliyini təhdid edən bu namərd qonşunun ermənipərəst mövqeyindən boğaza yığılıb. 

Artıq Azərbaycan-Türkiyə münasibətlərində yenə küləklərin əsməsi və yüz il öncə olduğu kimi Ankaranın Bakıya gerçək qardaşlıq əlini uzadaraq işğalçını, onun havadarlarını hədələməsi Rusiyanı ciddi şəkildə qıcıqlandırmağa başlayıb. Odur ki, bütün xəbərdarlıqlara baxmayaraq İrəvanı sürətlə silahlandırmaqdan çəkinmədiyini həyasızcasına ortaya qoyur.

Elə Türkiyənin "Haber Qlobal" telekanalının hazırladığı süjetdə də Rusiyanın son günlər Ermənistana hava yolu ilə 500 tondan artıq silah daşıması faktlarla ifşa olunur. 

 

 
 
 
<iframe style="position: absolute; top: 0px; left: 0px; width: 540px; height: 728px; visibility: hidden; pointer-events: none; z-index: -1000; border-width: 0px; border-style: initial;"></iframe>