Şəfəqə Doğru » Gündəm » Qənirə Paşayeva imtahanda 700 bal toplayan Əziz Ələkbərlini qəbul etdi

Qənirə Paşayeva imtahanda 700 bal toplayan Əziz Ələkbərlini qəbul etdi

Qənirə Paşayeva imtahanda 700 bal toplayan Əziz Ələkbərlini qəbul etdi

Bu il ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə əldə edib 700 bal toplayaraq ailəsini, müəllimlərini sevindirən Əziz Kərimli Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. 


Təhsilini ADA universitetində davam etdirmək istədiyini bildirən Əziz gələcək planları barədə də danışıb. Bütün günü oxumaqla məşğul olan Əziz Kərimli savadı ilə bərabər tərbiyəsi, ağlı, əxlaqı və dünya görüşü ilə də örnək gənclərimizdən biridir. 

Əziz bəyə təhsilində və gələcək fəaliyyətində uğurlar arzu edən komitə sədri Qənirə Paşayeva ona ADA universitetini seçməklə çox doğru bir qərar verdiyini vurğulayıb. Millətimizin və dövlətimizin daha da uğurlu gələcəyi savadlı, vətənpərvər və əxlaqlı gənclərimizə bağlıdır deyən Qənirə Paşayeva Əziz Kərimliyə öz məsləhət və tövsiyyələrini də verib, hər zaman yanındayıq deyib. 

Əziz Kərimlini, ailəsini, müəllimlərini bir daha təbrik edirik!