Türkiyədə PKK yaraqlıları Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarında terror aktı törədiblər.
Shafaqadogru.com azvision.az-a istinadən bildirir ki, Kızıltəpədə PKK terrorçuları tərəfindən körpü partladılıb.
Partlayıcı maddənin işə salınması nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb. Hadisə yerinə baxış keçirən mütəxəssislər partlayıcının əl üsulu ilə hazırlandığını bildiriblər. Yaralılar Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar.