Kim Kardaşyan Ermənistana dəstək videosundan sonra məşhurların qəzəbinə tuş gəlib
- Tarix: 15-okt-2020, 11:12 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 26
Kim Kardaşyanın sosial mediada Ermənistana dəstək videosundan sonra bir neçə məşhur onu "Instagram"da izləmədən çıxarıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə məşhur müğənni Demet Akalın Kardaşyanı izləməkdən vaz keçib. Demet Akalın bir neçə gün öncə özünün "Instagram" hesabında Azərbaycanı dəstəkləyən afişa paylaşmışdı. Onun "Hər kəs işğalın fərqindədir" yazılı afişasına izləyiciləri tərəfindən böyük dəstək gəlib.

Türkiyəli aktrisa Dəniz Baysal da bununla bağlı paylaşım edərək, Kardaşyanı izləyən məşhurları tənqid etmişdi.

Məşhur müsəlman model bacılar Bella və Cici Hadid də Ermənistana dəstək verdiyi üçün Kim Kardaşyanı "Instagram"da izləmədən çıxarıb.

Qeyd edək ki, Kim Kardaşyan erməni əsilli fotomodel, aktrisa və Amerikanın realiti-şou ulduzudur. Ermənistanın Azərbaycan qarşı müharibəsinə dəstək məqsədilə Hayastan Ümumerməni fonduna 1 milyon dollar köçürüb. Eyni zamanda dünya ulduzlarını Ermənistana dəstək verməyə çağıran paylaşımlar edib.

Oxşar xəbərlər