Şəfəqə Doğru » Gündəm » “Bu günlərdə ermənilər Paşinyanı öldürəcəklər...”

“Bu günlərdə ermənilər Paşinyanı öldürəcəklər...”

“Bu günlərdə ermənilər Paşinyanı öldürəcəklər...”
"Təbii ki, Ermənistanda Sorosun maliyyəsi hesabına hakimiyyətə gətirilmiş Paşinyan hökumətinin əsas məqsədi bu qəsbkar ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Bundan ötrü isə Paşinyan onun üzərində ağır yük olan Qarabağdan imtina etməlidir...”
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev  "Rusiya Qarabağda hərbi əməliyyatların qeyri-müəyyən vəziyyətdə uzanmasına çalışmaqla həm Ermənistanı, həm Azərbaycanı hərbi və iqtisadi-sosial baxımdan çökürdərək hər iki ölkədə çevriliş etməklə tamamilə Qərbdən, o cümlədən rəsmi Bakının timsalında Türkiyədən uzaq sırf Moskvanın təsiri altında olacaq iqtidarlar formalaşdırmağa çalışır” iddiasına münasibət bildirərkən söyləyib.

"Gəlib Xankəndində "Qarabağ- Ermənistandır” deməsinə rəğmən  Paşinyanın son iki ildə göstərdiyi bütün şouları, bayağı hərəkətləri  Ermənistanın ballast yükdən, yəni Qarabağdan azad olunmasına xidmət edir.  Ancaq Qarabağ klanı buna imkan vermir  və əksinə, bu  məxluqu aradan götürmək istəyir. Mənim proqnozum belədir ki, tezliklə, bəlkə də bu günlərdə Paşinyan elə ermənilər tərəfindən qətlə yetiriləcək. Çünki Ermənistanın üzdəniraq dövlət adlanan qurumu da, partiyaları da mahiyyətcə terrorçudur.  "Daşnaksütyun” dünyada yeganə partiyadır ki,  hələ 1890-ci ildə qəbul etdiyi nizamnaməsində yazılır ki,  "Böyük Ermənistan” ideyasına mane olacaq hər kəsi, hətta erməni olsa belə,  aradan götürmək lazımdır. Erməni olduğu halda həmin şəxs daha kəskin cəzalandırılmalıdır”- siyasi elmlər doktoru fikirlərinin davamında belə deyib.

"Təbii ki, Rusiya da Paşinyanın hakimiyyətdən getməsi və yenidən Köçəryan, Sərkisyan və ya Qarabağ klanından olan onlar kimisinin iqtidara gəlməsinə çalışır.  Amma Azərbaycan ordusunun uğurlu hücumu sayəsində Xankəndindən əhalinin əksəriyyətinin Ermənistana qaçmasıyla yanaşı, oradakı  separatçı-terrorçu rejim və digər qanunsuz siyasi dairələr arasında da parçalanma yaranıb. Bunu orada işləyən Rusiya kəşfiyyatı da görür və artıq Qarabağın onun nüfuz dairəsindən çıxmasıyla hesablaşmağa başlayır. Ermənistanda da Kremlin elə bir nüfuzu qalmayıb.  Amma bütün hallarda Azərbaycanın cəbhədə uğurları davam etdikcə, İrəvana, Gümrüyə, Vardenisə və s. gedən əsgər meyitlərinin sayı artdıqca ermənilərin kütləvi etirazlarından yararlanaraq   Moskvanın  Paşinyanı devirmə şansları artır. Fəqət,  Azərbaycanda bunu etmək imkanları sıfıra bərabərdir. Çünki 3 həftəlik savaş boyu vətəndaşlarımızın, xüsusən cəbhə xəttindəki əzizlərini, ev, mal-mülklərini itirən soydaşlarımızın fədakar davranışları, eləcə də əksər siyasi partiyaların mövqeyi onu göstərir ki, ölkədə dövlət, ordu, Ali Baş Komandan ətrafında sıx birlik yaranıb və Kremlin bu birliyi parçalayaraq hər hansı çevrilişə cəhd belə etməsi mümkün deyil... 

Birliyimizi möhkəmləndirən, ordumuzun uğurlarını artıran amillərdən biri də Azərbaycandakı bütün azsaylı xalqların nümayəndələri, təşkilatlarının çox qısa bir zamanda - iki gün ərzində  bəyanatlar verərək Prezidentimizin ətrafında birləşməsi və ölkələrinə olan sevgilərinə ortalığa qoymaları oldu.   Halbuki, ermənilər Azərbaycandakı etnik qruplara  mütəmadi separatçı çağırışlar edərək puç  ümidlər bəsləyirdilər ki, guya həmin xalqlar orduda döyüşməkdən imtina edəcək və erməni işğalına dəstək verəcək. Eyni zamanda Azərbaycan ətrafında yaranmış hazırkı geo-siyasi durum da Moskvanın əl-qolunu  bağlayır. Yəni söhbət qardaş Türkiyə və Pakistanın bizi birbaşa dəstəkləməsi, Malayziya kimi nüfuzlu müsəlman  ölkəsinin yanımızda olmasını ifadə etməsi, hətta İranın da rəsmi və qeyri-rəsmi, eləcə də hərbi-siyasi dairələrinin əvvəlki mövqelərini xeyli dəyişərək ədalətli çağırışlar etməsi,  bəzi "SEPAH” generallarının Qarabağ üçün döyüşməyə hazır olmaqları haqda bəyanatları  və s. amillərdən gedir... 

Bir sözlə, Azərbaycan dövlətçiliyinə qarşı heç bir ciddi təhlükədən söhbət gedə bilməz və  biz hər birimiz bir vətəndaş olaraq istənilən çətinlik və məhrumiyyətlərə rəğmən ordumuzun qələbələri və birliyimiz üçün əlimizdən gələni etməliyik ki, o Böyük Zəfər gününü yaxınlaşdıraq...” – deyə politoloq vurğulayıb.

Sultan Laçın