Azərbaycanı "Eurovision – 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əlizadə yeni layihəsini təqdim edib.
"Baku” adlanan mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur.
Layihəyə çəkilən klipdə S. Əlizadə ilə yanaşı, 2 yaşlı oğlu İsgəndər də iştirak edib.
Xatırladaq ki, Safura Əlizadə 2013-cü ilin yay ayında energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub.