Şəfəqə Doğru » Gündəm » Gürcüstanda 15-ə yaxın azərbaycanlı deputat seçkisinə qatılıb

Gürcüstanda 15-ə yaxın azərbaycanlı deputat seçkisinə qatılıb

Gürcüstanda 15-ə yaxın azərbaycanlı deputat seçkisinə qatılıb

"Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin edilib. Ancaq bəzi qüvvələr seçkiləri təxirə salmaq istəyirlər. Gürcü xalqı isə buna yol verməyəcək”.


Bu barədə Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov bildirib.

Deputat qeyd edib ki, seçkilərin təxirə salınması ilə bağlı rəsmi açıqlama da yoxdur:

"Seçkinin təxirə salınacağı barədə rəsmi şəkildə heç bir xəbərdarlıq yoxdur. Hər kəs tam olaraq seçkiyə hazırdır. İnsanlar seçkinin təxirə salınmasını  istəmir”.


Azər Süleymanov Gürcüstan parlamentində təmsil olunmaq istəyən azərbaycanlılardan da söz açıb:


"Hardasa 15-ə yaxın azərbaycanlı namizəd seçkilərə qatılıb. Ancaq bu o demək deyil ki, onların hamısı deputat seçiləcək. Mənim deputat seçilməyimə gəlincə, gedişat onu göstərir ki, ya mən ya da hakim partiyanın namizədi seçiləcək. Əhalinin 80%-i mən tərəfdədir. Başqa namizədlərə şans yoxdur”.

Qeyd edək ki, oktybarın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.


Fidan İlqarqızı