Şəfəqə Doğru » Manşet » Deputatlar vaksin vurdurmağa DƏVƏT OLUNACAQLAR

Deputatlar vaksin vurdurmağa DƏVƏT OLUNACAQLAR

Deputatlar vaksin vurdurmağa DƏVƏT OLUNACAQLAR

"Vaksinasiya strategiyası var. Hazırda tibb işçiləri peyvənd olunur. Onların peyvəndlənməsi başa çatandan sonra 65 yaşdan yuxarı olan şəxslər, eləcə də, deputatlar peyvənd olunacaqlar”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri hələlik 65 yaşdan yuxarı insanlara növbə çatmadığını da xatırladıb:

"Növbə çatanda  Milli Məclisin 65 yaşdan yuxarı deputatları vaksin vurdurmağa dəvət olunacaq”.

Musa Quliyev 65 yaşdan yuxarı bəzi insanların könüllü peyvənd olunmasından da danışıb:

"Könüllü peyvənd olunmaq mümkün deyil. Çünki bu məsələ növbəlilik prinsipi ilə həyata keçirilir. Əgər kimsə klinikada həkim kimi çalışırsa, o zaman peyvənd  oluna bilər. Bir həkim və bir deputat olaraq həmkarlarımı peyvənd olunmaları üçün məlumatlandıracağam. Hesab edirəm ki, peyvənd olunmaq imkanını kimsə qaçırtmaq istəməz”.

Qeyd edək ki, Milli Məclisin depuatı Asim Mollazadə könüllü olaraq peyvənd olunub. O, 65 yaşdan yuxarı kateqoriyaya aiddir.