Şəfəqə Doğru » Manşet » "Qorxuram bu dəfə də azadlığa çıxıb Baş Nazir ola"- hüquqşünas Səlim Müslümovun həbsindən danışdı

"Qorxuram bu dəfə də azadlığa çıxıb Baş Nazir ola"- hüquqşünas Səlim Müslümovun həbsindən danışdı

"Qorxuram bu dəfə də azadlığa çıxıb Baş Nazir ola"- hüquqşünas Səlim Müslümovun həbsindən danışdı

"Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Müslümov əvvəllər də həbs edilmişdi və həbsdən sonra daha da yüksəlib nazir oldu. Qorxuram bu dəfə də azad olub Baş Nazir ola".

Bu sözləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkəıdəki səhifəsində yazıb.

Onun sözlərinə görə, S.Müslümov vəzifədə olmuş məmurlar sırasında korrupsiya sahəsinin ən mükəmməl "professor"udur: "Məhz onun maxinasiyaları sahəsində on minlərlə təqaüdçünün, əlilin haqqı yeyildi, on minlərlə fırıldaqçı isə heç bir hüququ olmadan təqaüdlər, müavinətlər aldı.

Həyat ədalətlidir deyəndə, belə işləri nəzərdə tutmuşam. Ancaq çox heyif ki, Azərbaycanda ədalət yerini tutana qədər yüz minlərin haqqı yeyilir"//mia.az