Şəfəqə Doğru » Manşet » İki ordu korpus komandiri ehtiyyata buraxıldı - Zakir Həsənov generalların əmrini yazdı

İki ordu korpus komandiri ehtiyyata buraxıldı - Zakir Həsənov generalların əmrini yazdı

İki ordu korpus komandiri ehtiyyata buraxıldı - Zakir Həsənov generalların əmrini yazdı

Azərbaycanda iki general ehtiyata buraxılıb.

Bu barədə oxu.az saytı Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.