Şəfəqə Doğru » Manşet » Həbs olunduğuna görə YAP-dan xaric olundu

Həbs olunduğuna görə YAP-dan xaric olundu

Həbs olunduğuna  görə YAP-dan xaric olundu

Həbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Ramiz Tatarov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Bu haqda  unikal.org  yazıb.

Ramiz Tatarov Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa Rayon Təşkilatının sədri vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və birinci müavin Ramiz Tatarov rüşvət alarkən yaxalanıblar. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinir. Gəncə Ağır Cinayətlər Məhkəməsində həbs olunan məmurların cinayət işi üzrə təyin olunan məhkəmə prosesi davam edir.