Şəfəqə Doğru » Manşet » Solovyova giriş qadağası-Latviya onun üzünə qapını bağladı

Solovyova giriş qadağası-Latviya onun üzünə qapını bağladı

Solovyova giriş qadağası-Latviya  onun üzünə qapını bağladı

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Rusiya televiziyasının aparıcısı Vladimir Solovyovun onun ölkəsinə girişi qadağan olunub.

Nazir deyib ki, bu addım teleaparıcının "nasizmi tərənnüm etməsi” ilə əlaqədar atılıb və Solovyov bundan sonra Latviyada azuolunmaz şəxs hesab edilir.

Vladimir Solovyov RIA Novosti agentliyinə Latviyaya giriş qadağanı ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Bugünlərdə Vladimir Solovyov Rossia 1 telekanalında yayınlanan verilişində Adolf Hitleri "cəsur adam” adlandırıb.

O deyib ki, Hitler I Dünya Müharibəsindən fərarilik etməyib və "şərəflə döyüşüb”.

Bu verilişdə Solovyov Hitleri hazırda həbsdə olan Rusiya müxalifətçisi Aleksey Navalnı ilə müqayisə edib.