Şəfəqə Doğru » Manşet » “Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz

“Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz

“Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz
Deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, Azərbaycanda ictimai rəyə əhəmiyyət verilmir. "Deyirik, idman zalları açılsın, kiminsə vecinə deyil. Yaxud toyların keçirilməsi. Bu, insanların problemidir. Heç kimin vecinə deyil ki, bu, əhalidə narazılıq yaradır. Burdan, ali tribunadan deyilir, məsələlər qaldırılır ki, əhali kasıblaşır. Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın. Azərbaycanda demoqrafik vəziyyət çox böyük təhlükədədir”.

F.Mustafa ardınca İslam Universitetinin diplomlarının tanınması ilə bağlı problemə də diqqət çəkdi. O bildirdi ki, Qarabağda basdırılan minalar boş şeydir: "Azərbaycan dövlətinin altına basdırılan bir cəhalət minası var. Bu minalar nə vaxtsa partlasa, dəhşətli nəticələri olacaq”.

Sədr Sahibə Qafarova isə F.Mustafanın "heç kəs maraqlanmır” fikri ilə razılaşmayaraq dedi ki, Operativ Qərargah cəmiyyətə operativ şəkildə məlumat verir: "Əsas problem pandemiya ilə bağlıdır”.