Şəfəqə Doğru » Manşet » 3 rayonda 4000 ağac əkilib

3 rayonda 4000 ağac əkilib

3 rayonda 4000 ağac  əkilib

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini, mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir.

2021-ci ildə Beynəlxalq meşələr günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında qeyd olunur.


 

Nazirlikdən bildirilib ki, Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir. Təkcə ötən gün Quba, Qusar, Şəki rayonlarında 4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.

Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu günədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.