Şəfəqə Doğru » Manşet » Türkiyənin keçmiş baş naziri erməni idimi ?

Türkiyənin keçmiş baş naziri erməni idimi ?

Türkiyənin keçmiş baş naziri erməni idimi ?
Axar.az-ın keçmiş nazir Tofiq Zülfüqarovun sosial şəbəkədəki statusuna istinadən verdiyi məlumatdan bəlli olur ki, Türkiyənin keçmiş baş naziri, vacib siyasət adamı Məsut Yılmaz erməni əsilli imiş. 
 
Keçmiş nazir bu faktı müsbət mənada işlədir və göstərir ki, Türkiyədə erməni əsilli olmaq baş nazir olmağa, bütün Cümhuriyyəti idarə etməyə əngəl deyildir. Halbuki, hansısa bir türk nəinki Ermənistanda baş nazir ola bilməz, heç yaşaya da bilməz. Üstəlik, o bu faktı şüurlu olaraq gizlədən Diaspora və qlobal gücləri, xüsusilə regionda "sülhü təmin etməyə" çalışdığını deyən dövlətləri və qurumları tənqid etmək üçün bölüşür. O qeyd edir ki, təkcə bu nümunə "ermənilərlə türklər birlikdə yaşaya bilməz" deyən erməni millətçi tezisini boşa çıxardır (bu tezisin əsas tərəfdarları Koçaryan-Sarksyan qruplaşmasının tərəfdarlarıdır). 
 
Statusda o da qeyd edilir ki, mənşəcə rizəli Məsut Yılmaz ailəsinin kökü hemşinlidir. Hemşinlilər tarixdə adına rast gəlinən, elə indiki Qara dəniz bölgəsinə yaxın olan bir ərazidə yerləşmiş Hamamşen knyazlığın davamçıları sayılırlar. Onların əsas qismi sonradan müsəlmanlığı qəbul etmiş və kynazlığa son qoyan Osmanlı dövlətinin bərabər hüquqlu təbəəsi olmuşlarsa da, bir qismi Abxaziya və Gürcüstanın digər ərazilərinə köçərək xristianlığa davam etmişlərdir. 
 
Aydın məsələdir ki, sülh və birlikdə yaşayışı müşkülə çevirən dünya güclərinin bunu müsbət bir amil kimi dilə gətirməməsi, üstündən keçməsi, onların sülhdə bir o qədər də həvəsli olmadığını göstərir.