Şəfəqə Doğru » Manşet » Çinə 102 milyon dollardan çox neft ixrac edilib

Çinə 102 milyon dollardan çox neft ixrac edilib

Çinə 102 milyon dollardan çox neft ixrac edilib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Çinə 277,516 min ton xam neft ixrac edib.

 

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verilir.

Hesabat dövründə Çinə ixrac olunan qazın məbləği 102,592 milyon dollar təşkil edib.

Ümumilikdə, bu ilin ilk iki ayı ərzində Azərbaycan 5,694 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hesabat dövründə ixrac olunan neftin məbləği 2,044 milyard dollar təşkil edib//modern.az