Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtomobillərdə sürücü və sərnişinlərin maskadan istifadə edib-etməməsinə nəzarət etmək üçün reydlərin cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.
Reyd zamanı xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirlər həyata keçiriləcək//qafqazinfo