Şəfəqə Doğru » Manşet » Bolqarıstan sərhədlərini mayın 1-dən açır

Bolqarıstan sərhədlərini mayın 1-dən açır

Bolqarıstan sərhədlərini mayın 1-dən açır

Bolqarıstan Səhiyyə Nazirliyi mayın 1-dən turistlər üçün ölkə sərhədlərinin açılması barədə qərar qəbul edib.

TASS-a istinadən xəbərdə bildirilir ki, bu barədə səhiyyə naziri vəzifələrini yerinə yetirən Kostadin Anqelov bildirib.

 

Onun sözlərinə görə, ölkəyə gələn xarici vətəndaşlarda bu üç tibbi sənəddən biri olmalıdır: koronavirusa qarşı peyvənd olunması barədə sertifikat, mənfi PCR testi və ya antigenik testin müəyyən bir növü, müsbət PCR testlə təsdiqlənən son altı ayda xəstəlik keçirməsi barədə arayış.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 394 594, ölənlərin sayı isə 15 727-dir.