Şəfəqə Doğru » Manşet » Mafiyaya polis basqını-96 nəfər saxlanılıb

Mafiyaya polis basqını-96 nəfər saxlanılıb

Mafiyaya polis basqını-96 nəfər saxlanılıb

İtaliya polisinin ölkənin şimalındakı Apulia rayonunun Bari şəhərində həyata keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində 96 nəfər saxlanılıb.

RİA "Novosti”yə istinadən yayılan xəbərə görə, bazar ertəsi həyata keçirilən əməliyyat zamanı saxlanılanların müxtəlif mütəşəkkil cinayətkar dəstələrin üzvləri olduğu bildirilir.

"Vortice Maestrale” adlı əməliyyat ölkənin Antimafiya İdarəsi ilə koordinasiyalı şəkildə polis və xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əsas zərbənin Baridə əksər kriminal fəaliyyətləri idarə edən Strişulo mafiya klanına endirildiyi bildirilir. Saxlanılan 96 nəfərdən əlavə 3 nəfərin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların hamısına qarşı mafiyaya üzv olmaq, narkotik maddələrin qanunsuz dövriyyəsi, işgəncə, ağır bədən xəsarətləri yetirmə, odlu silahların qanunsuz əldə edilməsi və daşınması ittihamları irəli sürülüb, barələrində cinayət işi başlanıb.