Şəfəqə Doğru » Manşet » Narazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib. 

Bu barədə H. Vəliyev feysbukda paylaşım edib. 

 

O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: "2-ci qrup əlilliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”. 

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi.