Şəfəqə Doğru » Manşet » Açıq havada toy hazırlıqları BAŞLADI

Açıq havada toy hazırlıqları BAŞLADI

Açıq havada toy hazırlıqları BAŞLADI

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub.

Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsiylə bağlı qərarın dəyişdirilməsinə ümidi artırır.

Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsiylə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçirirlər. Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanın müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər.

"Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 41 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlar da verilə bilər”.