Şəfəqə Doğru » Manşet » Açıq havada maska taxmaq ləğv olunur - AÇIQLAMA

Açıq havada maska taxmaq ləğv olunur - AÇIQLAMA

Açıq havada maska taxmaq ləğv olunur - AÇIQLAMA

"Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.

 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, yeni qaydaların tətbiqilə yaxın vaxtlarda açıq havada maska taxılması ləğv oluna bilər:

 

"Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.


Qeyd edək ki, karantin rejimi iyunun 1-də başa çatır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin tarixədək brifinq keçirərək, müvafiq qərar verəcəyi gözlənilir // modern.az