Şəfəqə Doğru » Manşet » Minasyan yeni sənədin üç gizli əlavəsini açıqladı: Ermənistanın öhdəlikləri...

Minasyan yeni sənədin üç gizli əlavəsini açıqladı: Ermənistanın öhdəlikləri...

Minasyan yeni sənədin üç gizli əlavəsini açıqladı: Ermənistanın öhdəlikləri...

Sərhədlə bağlı yeni sənədin imzalanacağı xəbərini yayan və Nikol Paşinyanı bunu etiraf etməyə məcbur edən Mikael Minasyan açıqlama yayıb:

- İmzalanacaq sənədin mətbuatda çıxan versiyası köhnədir;
- Mətn iki dəfə redaktə olunub və rəsmi hissədən başqa üç gizli əlavəsi var;
- Əlavələrdə Ermənistan tərəfinin güzəştləri yer alır;

Minasyanın indiyə qədər irəli sürdüyü iddialar Paşinyan hakimiyyətinə qarşı əks-təbliğat olsa da, müəyyən həqiqət payına da sahibdir. Sənədlə bağlı son açıqlamasından sonra Paşinyanın etirafı da bunu göstərir.

Paşinyan bu gecə bütün detalları açıqlayacağını bildirib. Təbii ki, o, sənədin imzalanmasında Ermənistan tərəfini uduşlu göstərməyə çalışacaq, "sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verir” açıqlaması da buna hesablanıb. Hərçənd, Azərbaycanın 100 faiz Ermənistanın maraqlarına cavab verən sənədi imzalamayacağını Paşinyan da bilir, ermənilər də. Nikolun dedikləri seçki öncəsi daxili auditoriyaya oynamaqdır və əsasən nəticəyə oynayan Bakının Paşinyanın populizminə meydan tanıması da siyasi gedişlərindən biridir.

Bizim üçün sənədin əlavələrində nələrin olduğu maraqlıdır və bunu təxmin etmək çətin deyil//publika.az