Şəfəqə Doğru » Manşet » Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Delta Qrup C.O. MMC-nin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Şirvan şəhər Prokurorluğundan  verilən məlumatda bildirilir ki, rayon prokurorluğuna daxil olan müraciətlə əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir//axar.az