Şəfəqə Doğru » Manşet » "Otuz ildir deyirəm ki, icra hakimiyyətləri məktəblərə obyekt kimi baxır...”

"Otuz ildir deyirəm ki, icra hakimiyyətləri məktəblərə obyekt kimi baxır...”

"Otuz ildir deyirəm ki, icra hakimiyyətləri məktəblərə obyekt kimi baxır...”
"Əlbəttə, Emin müəllim rayon təhsil şöbələrindəki özbaşınalıqlara son qoymaq istəyir və bacarar. Mən otuz ildir  deyirəm ki, icra hakimiyyətləri məktəblərə obyekt kimi baxır”.
 
Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib. Təhsil eksperti dəfələrlə təhsil şöbələrindəki özbaşınalıqları aidiyyatı qurumlar qarşısında qaldırdığını bildirib:
 
"Əlbəttə, Emin müəllim təhsil şöbələrindəki özbaşınalıqlara son qoymaq istəyir və bunu bacarar. Mən otuz ildir deyirəm ki, icra hakimiyyətləri məktəblərə obyekt kimi baxır. Bu isə yolverilməzdi, amma neyləyək ki, icra başçıları vəzifəyə təyin olunandan sonra xərclədiyi pulu geri qaytarmağa çalışır və onda da yer tapmır. Ona görə də gözün tikir təhsilə. Bu məsələni əvvəlki təhsil naziri hörmətli Mikayıl Cabbarov istədi ki, həll etsin. Hətta bizim onunla bu barədə söhbətimiz də olub. Ona görə təhsil şöbələrini icra hakimiyyətlərindən xilas etmək üçün regional etdi, yəni beş rayona bir müdir təyin etdi. Amma buna da imkan verilmirdi. 
İndi isə vəziyyət dəyişir və Emin Əmrullayev həm gəncdi, həm də onu keçmiş təhsil nazirləri də müdafiə edir. Məsələn, Cəlilabaddan Elçin Abbasov adlı savadlı bir müəllim var, müsabiqələrdə də yer tutdu. Elə onu da rayon Təhsil Şöbəsinə müdir qoymaq olar. Sizə bir əhvalat danışım:
 
Günlərin bir günü rayonlardan birindən Bakıya şikayət edilir və paytaxtdan həmin sovxoza komissiya göndərilir. Kəndə girəndə görürlər ki, yolun qırağıyla geyimli-kecimli bir kişi gedir. Bunlar elə bilir ki, sovxoz sədri budur və maşını saxlayıb ondan soruşurlar ki, sovxozun sədri sizsiniz? Deyir ki, "düz bildiniz, göydə olan Allah da bilir ki, mən olmalıyam, amma mən deyiləm”. İndi göydə olan Allah da bilir ki, Cəlilabad Təhsil Şöbəsinin müdiri Elçin Abbasov olmalıdır.  İndi işdən kənarlaşdırılan təhsil şöbəsi müdirinin yerinə Vətən müharibəsi iştirakçısını təyin ediblərsə, bu da böyük şeydi”. 
 
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev Cəlilabad təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanı işdən kənarlaşdırılıb. Onun yerinə isə müvəqqəti olaraq şöbənin məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Ağaxan Ağayev təyin edilib.
 
Vasif Əlihüseyn