Şəfəqə Doğru » Manşet » "Bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”-Deputat etiraz edib

"Bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”-Deputat etiraz edib

"Bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”-Deputat etiraz edib

"2020-ci ildə büdcədən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb".

Bu sözləri Milli Məclisdə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O bildirib ki, parlamentdə təmsil olunan partiyalar hər rüb bu pulu alır:

"Ötən il daha iki siyasi partiya parlamentdə təmsil olunub və qeydiyyatdan keçib, bununla bağlı biz qanuna dəyişiklik etdik. Burada deyildi ki, bu, siyasi partiyalara verilən pulun həcmində azalmaya səbəb olmayacaq. Amma bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”//mia.az