Şəfəqə Doğru » Manşet » Biz onları udsaq, heç bir dəhlizdən söhbət gedə bilməz”-Sarkisyan

Biz onları udsaq, heç bir dəhlizdən söhbət gedə bilməz”-Sarkisyan

Biz onları  udsaq, heç bir dəhlizdən söhbət gedə bilməz”-Sarkisyan

Ermənistanın eks-prezidenti, "Şərəf duyuram” blokunun faktiki lideri Serj Sarkisyan yeni açıqlamalar verib.

 

Ermənistan KİV-nə istinadən bildirilir  ki, o, seçicilərlə görüşü zamanı hakimiyyətə gəlsələr Zəngəzur dəhlizi ilə bağlı söz-söhbətlərə son qoyacaqlarını bildirib:

"Biz heç kəsə dəhliz verə bilmərik. Regionda kommunikasiyaların açılmasında problem yoxdur. Amma hansı dəhlizdən söhbət gedir? Yəni, biz Azərbaycana dəhliz verməyə məcburuq? Hansı sənədə əsasən? Hansı razılaşmaya görə? Niyə? Biz onları (Paşinyan hakimiyyəti) udsaq, heç bir dəhlizdən söhbət gedə bilməz”// modern.az