Şəfəqə Doğru » Manşet » DİQQƏT: Ermənilərin mina xəritələri çaşqınlıq yaradır - NƏ ETMƏLİ?

DİQQƏT: Ermənilərin mina xəritələri çaşqınlıq yaradır - NƏ ETMƏLİ?

DİQQƏT: Ermənilərin mina xəritələri çaşqınlıq yaradır - NƏ ETMƏLİ?
"Ermənilər Ağdamın mina xəritəsini verməklə Azərbaycanı daha da çaşdırmaq istəyirlər. Çünki eyni kordinatlarda, minaların olacağı ehtimalına mən inanmıram. Onlar çalışacaqlar ki, bizdən daha çox can alsınlar. Ancaq ANAMA bu sahədə kifayət qədər peşakardır. Digər xəritələrin qaytarılması isə hələ məlum məsələ deyil. Artıq biz Kəlbəcərdə basdırılan minaların acı şahidi olduq. Yəni bütün bu hadisələrin fonunda Rusiyanın verdiyi bəyanat daha çox publikaya hesablanıb. Bundan başqa Rusiya bu bəyanatla öz səmimiliyini həm bizə, həm də Türkiyəyə göstərmək istəyir. Hər halda bəyanatın verilməsini biz ümumi şəkildə müsbət dəyərləndirə bilərik”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev Rusiya XİN-nin Ermənistana mina xəritələrinin Azərbaycana qaytarılması haqqında verdiyi bəyanatdan danışarkən deyib.

Siyasi şərhçi bildirib ki, əslində bu bəyanat heç bir əhəmiyyət kəsb etmir. Düz, 7 aydır müharibə qurtarıb, indiyə kimi niyə mina məsələsi ilə bağlı Kreml Yeravana heç bir təsir göstərmirdi?

"Rusiya öz dövlət xarakterinə uyğun olaraq, yenə də qeyri –səmimi davranır. İndi bu bəyanatın səslənməsinin arxasında, başqa maraqlar durur. Rusiya bu yolla bir növ Paşinyana da təzyiq edir. Bildiyimiz qədər Paşinyan Qərbyönlü olduğu üçün, Rusiya bunu qəbul edə bilmir”.

Qeyd edək ki, iyunun 17-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyi(XİN) Ermənistana mina xəritələrinin Azərbaycana qaytarılması haqqında bəyanat verib. Bunu nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.