Dünyanın ən güclü ölkələrindən olmaq üçün 2023-cü il dönəmini olaysız bir şəkildə başa vurmalıyıq. Bu baxımdan 2023-cü il seçkiləri çox əhəmiyyətli duruma gəlib. Digərləri bunun fərqindədir və hazırlaşırlar.
Shafaqadogru.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Terror təşkilatlarından gizli embarqolara qədər hər məsələdən istifadə edənlər müxalifətə də açıq şəkildə "qəbz" veriblər. Müxalifətin getdikcə artan kin və nifrət üslubu seçki ilə bağlı narahatlıqlarını ortaya qoyur. Müxalifət "əyləc"i buraxan yük maşını kimi aşağıya doğru gedir", - Ərdoğan qeyd edib.