Şəfəqə Doğru » Manşet » "Ordumuz yaxın günlərdə Ermənistanın təxribatçı addımlarına layiqli cavab verəcək" - Ekspert

"Ordumuz yaxın günlərdə Ermənistanın təxribatçı addımlarına layiqli cavab verəcək" - Ekspert

"Ordumuz yaxın günlərdə Ermənistanın təxribatçı addımlarına layiqli cavab verəcək" - Ekspert
"Hazırda kifayət qədər yüksək mənəvi, psixoloji ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatçı addımlarına layiqli cavab verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bunun üçün ordumuzun kifayət qədər güc, imkan və potensiala malik olduğunu vurğulayıb:

"Ermənistan tərəfinin son günlərdə həm Azərbaycan-Ermənistan sərhəddində, həm də  Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması artıq ənənəvi hal alıb. Bu fəaliyyətlərlə Ermənistan bir daha 3 tərəfli birgə bəyanatın şərtlərni yerinə yetirmək fikirində olmadığını nümayiş etdirir”.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın bu atəşkəs rejiminin pozulmasında əsas məqsədi münaqişəyə digər tərəfləri cəlb etməkdən ibarətdir.

Bahar Rüstəmli