Şəfəqə Doğru » Manşet » “Toylarla bağlı qadağa hər an gələ bilər” - Deputatdan XƏBƏRDARLIQ

“Toylarla bağlı qadağa hər an gələ bilər” - Deputatdan XƏBƏRDARLIQ

“Toylarla bağlı qadağa hər an gələ bilər” - Deputatdan XƏBƏRDARLIQ
Toylarla bağlı qadağa yenidən gündəmə gəlib. Ötən gün Nazirlər Kabinetinin buna görə keçirdiyi iclasından sonra ictimaiyyətdə müzakirələr başlayıb. Məlum iclasda toy və şənliklərdə karantin davranışlarına, eləcə də tələblərə riayət olunmadığı vurğulanıb.

Həmçinin ictimai iaşə müəssisələrindən gələn çoxsaylı müraciətlərə görə uyğun qaydalara əməl edilmir. Bir sözlə, toy mərasimlərinin keçirilmə qaydaları ciddi narazılıq doğurub. Bu səbəbdən toyların dayandırılacağı ehtimal olunur.

Bizim.Media-ya mövzu barədə danışan millət vəkili Fazil Mustafanın fikrincə, hər an toy qadağası ilə bağlı qərar verilə bilər:

"Nazirlər Kabinetinin bu yanaşması haqlıdır. Doğrudan da toylarda müvafiq qaydalara əməl olunmur. Olunması da mümkün deyil, çünki həm say, həm də vaxt barədə müəyyən sərt standartlar gətirilməli idi ki, bunu da etmədilər.

Təbii ki, sayı qeyd dedilər. Amma təsdiq olunan forma hər hansı bir şəkildə qaydalara əməl olunmağa imkan vermirdi. Peyvənd pasportu ilə bağlı yoxlanış absurd bir məsələ idi. Burada temperaturun yoxlanmasını və məsafəni təmin etmək olardı”.

Deputat qeyd edib ki, toyların 5-6 saat keçirilməsi onu göstərdi ki, heç bir şey dəyişməyib:

"Şadlıq evlərində həmin israfçılıq davam edir. Ona görə də bu, bütövlükdə hamını narahat edən problemə çevrilməkdədir. Düşünürəm ki, karantin qaydalarını sərtləşdirmək yox, nəzarəti sərtləşdirməyin yolunu seçəriksə, qarşısını almaq mümkündür. Bu baxımdan toylarla bağlı qadağa hər an gündəmə gələ bilər. Amma hələki belə bir söhbət yoxdur”.