Şəfəqə Doğru » Manşet » Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyanın Xabarovsk vilayətində Su-35S qırıcı təyyarəsi təlim uçuşu zamanı mühərrikin dayanması nəticəsində qəzaya uğrayıb.

 TASS-a istinadən verilən məlumata görə, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Təyyarənin Oxotsk dənizinin ərazi sularına düşdüyü qeyd edilir.

Bldirilir ki, pilot katapult edə bilib və sağ qalıb.