Dünyada ən böyük ağıza sahib olan şəxsin kimliyi bilinib.
Ginnes Dünya Rekordlar cəmiyyətinin də təsdiqləməsindən sonra bu şəxsin ABŞ-ın Konnektikut ştatından yaşayan, Tiktok istifadəçisi kimi tanınan Samanta Ramsdel olduğu açıqlanıb.
31 yaşlı qadının ağız eni 10 sm-dən artıq, açılma hündürlüyü isə 6,5 sm-dir.
Videolarının birində o, eyni anda 3 donut kökəsini ağzına sığdıra bilib. İri bi almanı, və ya bir qutu bişmiş kartofu birbaşa ağzından keçirə bilir.
Onun ağzının yekəliyi ilə həmişə zarafat edilsə də, ancaq Tiktok təqibçilərinin təkidiylə rekord edə biləcəyinə inanıb.
Samanta açıqlamasında bildirib ki, bədən quruluşu gözəl olsa da bir gün ağzıyla məşhur olacağına heç vaxt inanmazdı."İndi o mənim ən yaxşı yerlərimdən biridir" deyə o vurğulayıb//Blick.ch
Tərcümə: Nicat Novruzov